Kürdəmirdə piyadanı maşın vurdu - sürücü qaçdı

22 Mart 2019 21:23 (UTC+04:00)

Kürdəmir şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

2008-ci il təvəllüdlü yerli sakin Əmirov Elmurad Elgün oğlu yolu qarşı tərəfə keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. O, vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qazaxda yol qəzası baş verib. (Report)