Kasprşik Paşinyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi

22 Mart 2019 22:06 (UTC+04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik cümə günü İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.

Görüşdə qarşılıqlı etimad mühitinin yaradılması və sülh yolu ilə həll üçün zəruri addımların atılması məsələsinin əhəmiyyəti qeyd olunub. (Report)