Canavarlar 40-dan çox xırdabuynuzlu heyvanı parçaladı - Zaqatalada

22 Mart 2019 22:34 (UTC+04:00)

Zaqatalada canavarlar fermaya hücum edib.

Hadisə rayonun Qaxdan kəndində qeydə alınıb. Canavarların hücumu nəticəsində kənd sakini Rəcəb Məmmədova məxsus 40-dan çox xırdabuynuzlu heyvan parçalanıb.

R.Məmmədov açıqlamasında bildirib ki, hücuma məruza qalan heyvanlardan 12-si tələf olub, qalanları isə yaralıdır.

Qeyd edək ki, canavarlar hücum edən fermada bir-neçə kənd sakininə məxsus 300 baş xırdabuynuzlu heyvan olub. (ONA)