16 yaşlı oğlanı maşın vurdu

23 Mart 2019 12:55 (UTC+04:00)

Şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Nəsibov Tural Turab oğlunu "Mitsubishi" markalı maşın vurub. Bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az