Daha bir ölkə “Kalaşnikov”dan imtina edir

23 Mart 2019 17:43 (UTC+04:00)

Rumıniya ordusu Rusiya istehsalı olan “Kalaşnikov” avtomatından imtina edir.

“Ukrinform” xəbər verir ki, bunu Rumıniyanın iqtisadiyyat naziri Nikolae Bedeleu bəyan edib.

O bildirib ki, əvəzində Rumıniya ordusu İtaliya istehsalı olan avtomat alacaq.

Plopen şəhərində yerləşən zavod İtaliyanın “Beretta” silah istehsalçısı ilə əməkdaşlığa başlayacaq. Zavodda ARX-160 avtomatının iki yeni növünün istehsalı planlaşdırılır.

Bedeleu bildirib ki, Rumıniyada istehsal olunacaq atıcı silahlar həmçinin xaricə ixrac olunacaq.(oxu.az)

AzNews.az