Ağstafada küçə itləri 7 nəfəri xəstəxanalıq etdi

23 Mart 2019 18:00 (UTC+04:00)

Rayonun Qarahəsənli kəndi, Saloğlu qəsəbəsi və şəhərin digər ərazisində küçə itləri müxtəlif vaxtlarda müxtəlif insanlara hücüm edib. Onlardan 7 nəfəri xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən tibbi yardım göstərilib və hamısına quduzluğa qarşı iynə vurulduqdan sonra evə buraxılıblar.

Son günlər rayon ərazisində oxşar hadisələrin tez-tez baş verdiyi bildirilir.(oxu.az)

AzNews.az