Bakıda yanğın qeydə alınıb.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhərin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 3-cü mərtəbəsində 8 ədəd elektrik açarı və ümumi sahəsi 40 m² olan 3 otaqlı mənzilin taxtadan ibarət giriş qapısı qismən yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzNews.az