Azərbaycan idmançısı dünya çempionatında 17-ci yeri tutdu

23 Mart 2019 21:42 (UTC+04:00)

Yaponiyada keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatı başa çatıb.

Yarışın son günündə daha bir Azərbaycan idmançısı buz üzərinə çıxıb.

Kişilərin yarışında qüvvəsini sınayan Vladimir Litvintsev sərbəst proqramda qüvvəsini sınayıb. Qısa proqramda 16-cı olan təmsilçimiz həlledici çıxışında 19-cu nəticə göstərib.

İki proqramın cəmində 230,84 xal toplayan fiqurlu konkisürənimiz dünya çempionatının yekununda 17-ci olub.

Qeyd edək ki, dünya çempionu adına ABŞ idmançısı Natan Çen yiyələnib – 323,42. Yaponiyalı Yuzuru Hanyu 300,97 xalla ikinci, ABŞ təmsilçisi Vinsenr Ju 281,16 xalla üçüncü olub. (ona.az)

AzNews.az