İndoneziyada güclü zəlzələ

24 Mart 2019 10:16 (UTC+04:00)

Molukka dənizində Sulavesi adasının (İndoneziya) yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Manado şəhərindən (452 min sakin) 166 kilometr şərqdə yerləşib.

Yeraltı təkanlar 60 kilometr dərinlikdə baş verib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.(trend.az)

AzNews.az