Qatarla maşın toqquşdu - Ölən var

24 Mart 2019 11:58 (UTC+04:00)

Füzuli rayonunda yük qatarı ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb.

Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.(report.az)

AzNews.az