Oğuzda tikintidə ölüm hadisəsi baş verib

24 Mart 2019 22:47 (UTC+04:00)

Oğuz rayonunda bədbəxt hadisə qeydə alınıb.

Hadisə bu gün Oğuz rayonu Qarabulaq kənd inzibati ərazisində aparılan tikinti sahəsində baş verib.

Ərizidə fəhlə işləyən, 1969-cu il təvəllüdlü Şirvan şəhər sakini Elçin Aydın oğlu Əliyevin səhəti qəfildən pisləşərək ölüb.

Elçin Əliyevin ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az