Bərdədə yas mərasimində ölüm hadisəsi baş verib

24 Mart 2019 23:55 (UTC+04:00)

Bərdə rayonunda yas mərasimində ölüm hadisəsi baş verib.

Güloğlular kəndində qudasının yas mərasimində iştirak edən Ağdərə rayon sakini Baloğlan Məmmədovun halı qəfil pisləşib.

Hadisə yerinə "təcili yardım" çağırılsa da, B.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. (report)

AzNews.az