Çempion Ramil Hacıyevin qardaşı dəhşətli qəzada öldü - VİDEO

25 Mart 2019 12:35 (UTC+04:00)

Ukraynanın Odessa şəhərində “BMW” markalı avtomobil Qaqarin prospektində idarəetməni itirərək park edilmiş “Hyundai Sonata”yla toqquşub və elektrik dirəyinə çırpılıb.

Nəticədə “BMW”nin 33 yaşlı qadın sərnişini hadisə yerində, 22 yaşlı Şamil Hacıyev isə xəstəxanada dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, zərbənin gücündən avtomobil bir neçə dəfə havada fırlanıb və yanaraq hissələrə parçalanıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Şamil Hacıyev sahibkar Qəzənfər Hacıyevin oğlu, boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşıdır.(qafqazinfo.az)



AzNews.az