Türkiyə Rusiya vətəndaşları üçün vizanı ləğv edir

25 Mart 2019 14:08 (UTC+04:00)

“Rusiya vətəndaşlarının Türkiyəyə pasportsuz gəlməsinə imkan yaratmaqla bağlı müzakirələr aparırıq”.

“Haberler” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, martın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. XİN başçıları Antaliyada bir araya gələcəklər: “Vizanın ləğv olunmasının detallarını müzakirə edəcəyik. Aprelin 8-də isə Moskvaya gedəcəyik”.(report.az)

AzNews.az