Tereza Mey istefa şərtini açıqladı

25 Mart 2019 15:37 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Tereza Mey İcmalar Palatası “Brexit” sazişini (Britaniyanın Avropa İttifaqından çıxmasını nəzərdə tutur –red.) təsdiqləyərsə, istefa verməyə hazır olduğunu bildirib.

Bu barədə Böyük Britaniya KİV-i yazıb.

Parlament üzvü Nigel Evans deyib ki, Mühafizəkarlar Partiyasının millət vəkilləri də Meyin “Brexit” sazişinin təsdiqindən sonra partiyaya rəhbərlik etməsini istəmirlər.(qafqazinfo.az)

AzNews.az