Ərini şərflə boğan qadın bəraət aldı

25 Aprel 2013 21:23 (UTC+04:00)
Türkiyənin Eskişehir şəhərində məhkəmə onu mütəmadi olaraq döyən 43 yaşlı ərini boğaraq öldürən 46 yaşlı Zərifə Dəmircana bəraət verib. 2011-ci ildə həbs edilən və məhkəməsi davam edən qadın "26 illik həyatım kabus içində keçdi. Uşaqları da, məni dı döyürdü. Məni kişilərə satmaq üçün şəhərə gətirdi. Öz atasını da döyürdü. Onu döyərək bir gözünü kor etdi" deyə məhkəmədə bildirib.

Hadisə baş verən gün onu döyən ərini şərfi ilə boğaraq öldürdüyünü deyən qadın əvvəlcə ömürlük həbsə, daha sonra isə 15 il həbsə məhkum edilib. Ancaq Ali Məhkəmə qərarı təsdiqləməyərək işi geri qaytarıb. Təkrar keçirilən məhkəmədə hadisənin özünü müdafiə zəminində törədildiyi barədə qərar çıxarılıb və Z.Dəmircana bəraət verilib.

Elnur
AzNews.az