Gəncədə yol qəzası: xəsarət alanlar var

25 Mart 2019 19:26 (UTC+04:00)

Gəncədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var.

Hadisə Gəncə-Göygöl yolunun Gəncə şəhər, Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobillə "Ford Tranzit" markalı yük avtomobilin toqquşması nəticəsində ilkin məlumatlara görə, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az