"Real" Mbappeyə görə 280 milyon avro verməyə hazırdır

25 Mart 2019 20:30 (UTC+04:00)

Madridin "Real" klubu Parisin "PSJ" klubunun hücumçusu Kilian Mbappeni almaq üçün səylərini davam etdirir.

Klub yaxın zamanda hücumçunun transferi üzrə fəal danışıqlara başlamaq və 280 milyon avro təklif etmək niyyətindədir.

K.Mbappenin "Real"a transferini həm klubun prezidenti Florentino Peres, həm də məşqçisi Zinəddin Zidan istəyir.

Bildirilir ki, K.Mbappe "Real"ın bu mövsüm əsas transfer məqsədidir. (trend)

AzNews.az