"ABŞ növbəti dəfə beynəlxalq hüquq normalarını pozur" - Türkiyə XİN

25 Mart 2019 22:03 (UTC+04:00)

Birləşmiş Ştatlar Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanımaqla növbəti dəfə beynəlxalq hüquq normalarını geri çevirir.

Bu barədə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu şəxsi “Twitter” səhifəsində yazıb.

“ABŞ növbəti dəfə beynəlxalq hüquq normalarını pozub. Hərçənd ki, onların bu qərarı İsrail təcavüzünə haqq qazandırmır. Bu, əksinə, Yaxın Şərqdə sülhün qorunmasına əngəl törədir və bölgədə gərginlik yaradır”, - türkiyəli nazir belə deyib. (ona.az)

AzNews.az