Kəmaləddin Heydərov yanğının baş verdiyi əraziyə gəldi

26 Mart 2019 10:44 (UTC+04:00)

Dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər.

Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmilər hadisə yerindədirlər.

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. (Report)