Yanğın baş verən ərazi tam mühafizə olunub - Oruc Zalov

26 Mart 2019 12:39 (UTC+04:00)

“Yanğın baş verən ticarət mərkəzində hər hansı oğurluq və soyğunçuluq halı qeydə alınmayıb”.

Bunu hadisə yerində olan daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib.

Nazir müavini qeyd edib ki, yanğın baş verən əraziyə kifayət qədər polis qüvvələri cəlb edilib və ərazi tam mühafizə olunub. (Report)