Ticarət mərkəzində baş verən yanğının ilkin səbəbi açıqlandı

26 Mart 2019 13:23 (UTC+04:00)

Bakıdakı “Diqlas” Ticarət Mərkəzində baş verən yanğının ilkin səbəbi açıqlanıb.

Ticarət mərkəzinin sahibi bildirib ki, yanğın yaxınlıqdakı dönərxanadan başlayıb.

Dönərxanada partlayışdan sonra başlayan yanğın əvvəlcə ticarət mərkəzindəki paltar mağazalarına keçib, sonra isə alov binanı bürüyüb. (Report)