Tereza Mey istefa verəcəyi tarixi açıqlayacaq - Sabah

26 Mart 2019 17:33 (UTC+04:00)

Sabah Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verəcəyi tarixi açıqlaya bilər.

Bu barədə “Reuters” agentliyi adının çəkilməsini istəməyən britaniyalı parlamentara istinadən məlumat yayıb.

Baş nazir martın 27-də yerli vaxtla saat 17.00-da Mühafizəkar Partiyanın üzvlərini birləşdirən 1922-ci Komitənin iclasında çıxış edəcək. Böyük ehtimalla məhz bu iclasda T.Meyin baş nazir və partiya sədri postlarından istefa verəcəyi tarixi açıqlaması gözlənilir. (ONA)