Azərbaycan yığmasının baş məşqçisi: “Hər şey əleyhimizə idi”

26 Mart 2019 22:50 (UTC+04:00)

“Komanda psixoloji cəhətdən çox yorğun idi”.

Bu sözləri Azərbaycan yığmasının (U-19) baş məşqçisi Vüqar Məmməd deyib.

AVRO-2019-un elit-raundunun Rumıniya ilə oyununda 0:4 hesabı ilə uduzan millimizin çalışdırıcısı məğlubiyyətin səbəbini açıqlayıb: “Zədəli və cəzalı oyunçularımızın olması işimizi çətinləşdirmışdi. Belə demək mümkünsə, bu gün hər şey bizim əleyhimizə idi. Turniri belə bitirməməliydik”.

Qeyd edək ki, üç oyunda cəmi bir xal toplayan yığmamız 1-ci qrupda sonuncu yeri tutub. (ona.az)

AzNews.az