Tanınmış aktyor xəstəxanaya yerləşdirildi

26 Mart 2019 23:45 (UTC+04:00)

Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov səhhətində yaranmış problemlərlə əlaqədar 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Y. Səlimovun qara ciyərində ciddi pozuntular aşkarlanıb və o təcili surətdə xəstəxanaya aparılıb.

Onun vəziyyətinin qənaətbəxş olmadığı bildirilir. Məlumata görə, aktyorun qarın boşluğuna 10 litr su yığılıb.

Aktyora qaraciyər sirrozu diaqnozu qoyulub.

Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur. (ona.az)

AzNews.az