Tramp Con Reymondu ABŞ-ın Kosmik Qüvvələr komandanı təyin etdi

26 Mart 2019 23:57 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp general Con Reymondu Birləşmiş Ştatların Kosmik Qüvvələrinin rəhbəri vəzifəsinə təyin edib.

Bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens Hantsvilledə (Alabama ştatı) Milli Kosmik Şuranın beşinci iclasında bildirib.

Qeyd edilir ki, onun çıxışını NASA translyasiya edib.

"Mən sizin hamınızı ABŞ prezidentinin bu gün Kosmik Qüvvələrin komandanlığının başçısının namizədliyini elan etməs barədə məlumatlandırıram. Hərbi Hava Qüvvələrinin generalı Con Reymond Birləşmiş Ştatların Kosmik Qüvvələri komandanlığına başçılıq edəcək", - deyə Pens bildirib. (report)

AzNews.az