Azərbaycan prezidenti və Ermənistanın baş naziri martın 29-da Vyanada görüşəcək - Rəsmi

27 Mart 2019 10:55 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Bu barədə XİN-dən məlumat verilib.

AzNews.az