2020-ci ildə baş tutacaq "Qızıl Qlobus" və "Oskar" mükafatlarının təqdimetmə mərasimlərinin tarixi bəlli olub.
AzNews.az xəbər verir ki, "Qızıl Qlobus" 2020-ci il yanvarın 5-də təqdim olunacaq. Burada 14-ü film, 11-i TV olmaqla 25 kateqoriyada mükafat veriləcək.
Yanvarın 13-də "Oskar" mükafatına namizədlər elan ediləcək.
Fevralın 9-da isə qaliblərin adları açıqlanacaq.
Cavidan Mirzəzadə
AzNews.az