Misir Mərdanov avtomobil qəzasına düşüb

27 Mart 2019 12:21 (UTC+04:00)

Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.

Bu barədə Misir Mərdanovun özü məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

Misir Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.(ona.az)

AzNews.az