Xarici Kəşfiyyat Xidmətinin rəisinə general-leytenant ali hərbi rütbəsi verildi

27 Mart 2019 12:29 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Orxan Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilsin.

AzNews.az