Ermənistanda lombard və valyutadəyişmə məntəqələrinin işçiləri hökumət binasının qarşısında yenidən etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik olunmasını tələb ediblər.
Bu qanunda dövlət rüsumu 60 dəfə, yaxud 6 000 faiz artırılıb.
Aksiya iştirakçıları əllərində “Bizi işsiz qoymayın!”, “Belə ölkə qurmaq olmaz!” kimi şüarlar yazılan plakatlar tutublar.
Qeyd edək ki, martın 11-də Yerevanda lombard və valyutadəyişmə məntəqələrinin əməkdaşları etiraz aksiyası keçiriblər.(report.az)
AzNews.az