Ayan Babakişiyeva avtomobillərinin və evlərinin sayını açıqladı - VİDEO

27 Mart 2019 17:07 (UTC+04:00)

Müğənni Ayan Babakişiyeva sevgi ilə bağlı etiraf edib.

AzNews.az-ın məlumatına görə, sənətçi "ATV maqazin onlarla" verilişində ona ünvanlanan 33 sualı cavablandırıb. "Məşhurla sevgi yaşamısan" sualına isə Ayan belə cavab verib:

"Platonik sevgi yaşamışam. Ona hörmətim başqadır. Həmin şəxs Cavid Güldür".

Bundan başqa müğənni mal-mülkləri barədə də maraqlı açıqlamalar verib. O, hazırda 3 avtomobil, 4 ev sahibi olduğunu bildirib.

"Gəncədə bir, İstanbulda isə 3 evim var. Bakıda oteldə qalıram".

Aynur

AzNews.az