Silvester Stallone serial çəkəcək

28 Mart 2019 09:35 (UTC+04:00)

Məşhur aktyor Silvester Stallone çəkilişləri aparılan “The Tenderloin” adlı serialın prodüsseri və baş rejissoru olacaq.

Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Nəşrin yazdığına görə, serialın ssenari xətti 20-ci əsrin əvvəllərində “çirkli” Nyu-York polislərindən bəhs edəcək.

Bildirilir ki, serialdakı hadisələr Nyu-York polisi Çarlz Bekkerin həyatından götürülüb.(ona.az)

AzNews.az