Nazir mahnı oxudu - VİDEO

26 Aprel 2013 08:34 (UTC+04:00)
Türkiyənin nəqliyyat, dənizçilik və informasiya naziri Binali Yıldırım iştirak etdiyi tədbirdə mahnı oxuyub.

Hadisə, nazir Yıldırıma fəxri doktor adının verildiyi "İşıq" universitetində baş verib.

Binali Yıldırım tədbirdə konsert proqramı ilə çıxış edən "Ay İşığı" qrupunun müşayiəti ilə Aşıq Veysəlin "Uzun incə bir yoldayam" mahnısını (türkü) oxuyub.

İfa vaxtı nazir bəzən mahnının sözlərini unutsa da, qrupun solisti Yıldırımın imdadına yetişib.

Binali Yıldırım tamaşaçılardan üzr istəməyi də unutmayıb.

"Böyük layihələr həyata keçiririk, amma belə məsələlərdə bəzən ilişirik. Üzrlü hesab edin. Vaxtaşırı belə duyğulu, həyəcanlı anlar görəcəyimiz işlər üçün enerji olur".

AzNews.az