Əfqanıstanın cənubundakı Zabul əyalətində nəzarət-buraxılış məntəqələrinə hücum baş verib.
Silahlıların hücumu nəticəsində azı 7 polis əməkdaşı həlak olub.
Bundan başqa, daha 8 polisin yaralandığı deyilir.
Hücumdan sonra silahlılar bölgədən uzaqlaşıb.
Hücumu kimin törətdiyi və digər təfərrüatlar barədə məlumat verilmir.(trend.az)
AzNews.az