Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıdır.
AzNews.az