“Break-dance” Olimpiya oyunlarına daxil edildi

28 Mart 2019 13:35 (UTC+04:00)

Beynəlxalq Olimpiya Komitəsi (BOK) “break-dance” rəqsini Olimpiya oyunları proqramına daxil edilməsi barədə qərar çıxarıb.

Rəqsli idman növü üzrə yarış ilk dəfə olaraq 2024-cü ildə Parisdə keçiriləcək.

Bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb.

Qeyd edək ki, “break-dance” artıq olimpiya idman növü olaraq 2018-ci ildə Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında debüt edib.

BOK olimpiya oyunlarının sayını artırmaqda israrlıdır. Belə ki, bundan əvvəl Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarının proqramına beysbol, karate, sörfinq, skeytbordinq və dağadırmanma kimi yeni idman növlərinin daxil edilməsi ilə bağlı qərar çıxarılmışdı.(oxu.az)

AzNews.az