Putin mühafizəçisini itələdi: “Kənara çəkil…” - VİDEO

28 Mart 2019 13:44 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinin Qış Universiadasının iştirakçıları ilə görüş zamanı idmançılarla rahat ünsiyyətdə ola bilmək üçün mühafizəçini itələdiyi anın videosu yayılıb.

Vladimir Putin “Kənara çəkil – necə sağlamdır. İdmançılardan sağlamdır”, – deyərək Rusiya Prezidenti təhlükəsizlik xidmətinin əməkdaşına toxunub. Bundan sonra mühafizəçi kənara çəkilib.

Putin idmançıları əldə etdikləri nailiyyətlərə görə təbrik edib və onlara Olimpiya oyunlarında uğurlar arzulayıb.

XXIX Qış Universiadası (Tələbə-gənclərin ümumdünya idman yarışması) 2-12 mart tarixlərində Krasnoyarsk şəhərində keçirilib.

Həmin anın videosunu təqdim edirik:(teleqraf.com)

AzNews.az