"Söz"ün Dəryası ailə qurur - sentyabr ayında

28 Mart 2019 16:09 (UTC+04:00)

Türkiyəli məşhur aktrisa Deniz Baysal evlənir.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, STAR TV-də yayımlanan “Söz” serialında Dərya obrazını canlandıran Deniz Baysal sevgilisi, müğənni Barış Yurtçu ilə İstanbulda Nişantaşı adlı ərazidə kameralara yaxalanıb.

Müxbirlərin evlilik haqqında suallarını cavablandıran aktrisa sentyabr ayında evlənəcəklərini bildirib.

Nigar CƏFƏR

AzNews.az