Mətanət Əsədova: Mən gündəlik qadın deyiləm - VİDEO

28 Mart 2019 16:40 (UTC+04:00)

Müğənni Mətanət Əsədova prodüser Tarix Əliyevin "Tolik ilə səmimi" adlı "Youtube" layihəsinin qonağı olub.

AzNews.az xəbər verir ki, müğənni aldığı hədiyyələrdən, şou-biznesdən bəhs edib:

"30 ildir sənətdəyəm, 9-a qədər maşın hədiyyə olunub. Sonuncu avtomobili də bir ailə bağışlamışdı, bu yaxınlarda problemim oldu deyə, satdım".

"Mən yanında anasını gəzdirib, başqa şey edən müğənnilərdən deyiləm. Həmişə qardaşlarım, anam məni belə sıxıb. Mən yalnız şadlıq evinə, gözəllik salonuna gedirəm. Heç Bakıda çox yeri tanımıram. Özümü ailə üçün lazım olan qadın kimi görürəm. Mən gündəlik qadın deyiləm. Ailəsi ilə yaşayıb, kənarda mənimlə istədiyini etmək heç bir kişinin başı üçün deyil".

Aynur

AzNews.az