Keçmiş məhkumdan silah götürüldü

28 Mart 2019 16:48 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Şuari saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “TT” markalı tapança aşkar edilərək götürülüb, araşdırma aparılır.

AzNews.az