Bakıda 56 yaşlı qadın itkin düşdü

28 Mart 2019 23:08 (UTC+04:00)

Bakıda 56 yaşlı qadın itkin düşüb.

Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 36, mənzil 11-də yaşayan 1963-cü il təvəllüdlü Sevda Musa qızı Qəhrəmanova martın 26-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Polis faktla bağlı araşdırmalara başlayıb. (trend)

AzNews.az