Bakıda kafedə dava - Yaralı var

29 Mart 2019 10:36 (UTC+04:00)

Hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 108/118 ünvanında yerləşən "Papa Cinema lounge" kafedə baş verib.

Paytaxtın Səbail rayonu, Bülbül prospekti ev 2, mənzil 80/82-də yaşayan Qasımov Əliyar Ərəstun oğlu həmin kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı döş qəfəsi və kürək nayihəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib, yaralının vəziyyəti ağır olduğundan dinidirilməsi mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az