Hərbi hissədən qaçan əsgər özünü vurdu

29 Mart 2019 11:39 (UTC+04:00)

Bu gün səhər saatlarında Rusiyanın Tver diyarında yerləşən Rjev şəhərində hərbi hissələrdən birində xidmət edən əsgər qaçıb.

Rusiya Aerokosmik Qüvvələrində hərbi xidmət keçən 1991-ci il təvəllüdlü əsgərin axtarışlar zamanı üzərindəki silahla özünü güllələdiyi müəyyənləşib.

Faktla bağlı cinayət işi açılıb.(qafqazinfo.az)

AzNews.az