Telefon ixtiraçısının səs yazısı tapıldı- AUDİO

26 Aprel 2013 10:41 (UTC+04:00)

Telefonun ixtiraçısı Aleksandr Qraham Bellin 128 illik səs yazısı tapılıb.

Səs yazısında Qraham Bellin "səsimi eşit, Aleksandr Graham Bell" sözləri qeyd olunub.

Daha çox telefonunun ixtiraçısı olaraq tanınsa da, o, səs texnologiyaları üstündə də işləyib.

Bal mumu, plastik və metal kartlara səs yazmağa çalışan Qraham Belin bu işləri indiyə kimi ictimaiyyətlə paylaşılmamışdı.

Amerika tarixi Milli Muzeyinin əlində olan Qraham Bellin səs yazılarını elm adamları 3D texnologiyası ilə virtual mühitə köçürə biliblər.

AzNews.az