Bir müddət öncə Türkiyənin TV8 kanalının rəhbəri Acun Ilıcalının “Miss Turkey 2017” yarışmasının qalibi Itır Esenle sevgili olduğu iddia edilib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tərəflər bu iddia qarşısında sakit qalsa da, ötən gün Acunun İnstagramda Itırı izləməyə başlaması daha da şübhə doğurub.
Qeyd edək ki, Acun Ilıcalı bir neçə ay əvvəl Şeyma Subaşı ilə boşanıb. Onların bu evlilikdən Melisa adlı qızları var.
Nigar CƏFƏR
AzNews.az