Nüşabə Ələsgərli: Özümə elə ölüm arzulayıram - VİDEO

29 Mart 2019 15:10 (UTC+04:00)

Əməkdar artist Nüşabə Ələsgərli "Səhər-səhər" verilişinin qonağı olub.

AzNews.az-ın məlumatına görə, proqramda əməkdar artist Gülbahar Şükürlünün həyat yoldaşı Zahid bəyin ölümündən danışılıb. Bildirilib ki, mərhumun heç bir xəstəliyi olmayıb və qəfildən dünyasını dəyişib.

Ələsgərli isə özünə onun kimi ölüm arzuladığını deyib:

"Özümə bilirsiz, nə arzulayıram? Onun kimi ölüm arzulayıram. Ölüm gec-tez hamı üçün var. Kim deyir qalacaqsan? Qalmaq da lazım deyil. Əzizlərim getsin, mən qalım? Nə edirəm qalmağı.

Fikirləşirəm ki, o biri dünya da var. Ora buradan çox-çox qəşəngdir".

Aynur

AzNews.az