“1 milyon azərbaycanlı İrana gedəcək“

26 Aprel 2013 10:52 (UTC+04:00)


APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Möhsün Pak Ayin deyib.

O, dəmiryol xəttinin bölgə üçün iqtisadi əhəmiyyətini vurğulayıb. Səfir qeyd edib ki, İran-Azərbaycan sərhəd-gömrük məntəqələrinin fəaliyyətinin 12 saatadək artırıldığını da qeyd edib.

Möhsün Pak Ayin turizm sahəsində əlaqələrin genişləndiyini də deyib: "Turizm sahəsində də əməkdaşlıq inkişaf edir, xüsusən də müalicə turizmi sahəsində bu proses artır. İlin sonunadək 1 milyon Azərbaycan vətəndaşının turist kimi İrana səyahət edəcəyi qənaətindəyik".

AzNews.az