Yanğından zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin olunub - Nazirlik

29 Mart 2019 16:51 (UTC+04:00)

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında ölkə prezidentinin 29 mart 2019-cu il tarixli sərəncamında verilmiş tapşırığın icrası olaraq elə bu gün Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə 3 milyon manatın ayrılması təmin edilib.

Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

AzNews.az