Əfqanıstanda daşqınlar 19 nəfəri öldürdü

29 Mart 2019 19:10 (UTC+04:00)

Əfqanıstanın qərb və şimal hissələrində daşqınlar nəticəsində azı 19 nəfər həlak olub.

Şiddətli yağıntıların səbəb olduğu daşqınlar Herat, Badgis və Fəryab əyalətlərində ciddi fəsadlar törədib.

Bundan başqa, 20-dən çox sakin xəsarət alıb, 10-dan çox şəxs itkin düşüb.

Yüzlərlə ev, kənd təsərrüfatı sahələri dağılıb. (trend)

AzNews.az